İndi də qulaqdibi xəstəliyi yayılıb 19 Aprel 2019 09:09 Xəbərlər 2019-cu ilin ilk rübündə Qırğızıstanın Bişkek şəhərində 120 qulaqdibi xəstəliyi faktı qeydə alınıb. Maide.Az "Sputnik Azərbaycan"a istinadla xəbər verir ki, Bişkek Dövlət Sanitar-Epidemiologiya Mərkəzinin saytının məlumatına görə, epidemik qulaqdibi xəstəliyi daha çox peyvənd edilməmiş böyüklərdə müşahidə edilib. Xəstəliyə yoluxanların (71,6 faizi) 86 nəfəri böyüklərdir. Epidemik qulaqdibi insandan-insana danışıq, öskürək və asqırma zamanı hava-damcı yolu ilə yoluxur. Xəsətlik kəskin şəkildə başlayır. Xəstənin 5-7 gün müddətində 38-40 C hərarəti olur. Baş ağrıları, iştahsızlıq, zəiflik müşahidə edilir. Xəsətlik zamanı tüpürcək vəzilərində şişlik meydana gəlir. Xəstəlik çox zaman yüngül keçsə də, onu zərərsiz infeksiyalara aid etmək olmaz. Teqlər : #İndi,#də,#qulaqdibi,#xəstəliyi,#yayılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda qadınlar yolu bağladılar – VİDEO Kabildə partlayış baş verib