İranda xalça sərgisi keçiriləcək

İranda xalça sərgisi keçiriləcək

Sərgi avqustun 22-dən 28-dək davam edəcək
 
İranın paytaxtı Tehranda əldətoxuma xalçaların XXV beynəlxalq sərgisi keçiriləcək.
 
“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, sərgi avqustun 22-dən 28-dək davam edəcək.
Əldətoxuma xalçalar sahəsi üzrə Azərbaycanda fəaliyyət göstərən aparıcı şirkət rəhbərləri, iş adamları və sahibkarlar sözügedən sərgiyə baxış keçirmək məqsədilə Tehrana səfərə dəvətlidirlər.
Dəvətlilərin İranda 4-ulduzlu hoteldə qalması, yeməklə təmin olunması (səhər, günorta, axşam), tərcüməçi xidmətlərindən və daxili nəqliyyatdan istifadə etməsi (hava limanı və sərgi mərkəzi istiqamətlərində) ilə bağlı xərclər sərginin təşkilatçıları tərəfindən ödəniləcək.
Sərgi haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər. /

Google+ WhatsApp ok.ru