`Son 25 ildə 34 azərbaycanlı uşaq snayperlər tərəfindən öldürülüb` 19 Aprel 2019 11:57 Qarabağ xəbərləri “1994-cü ildən bu gün qədər 34 nəfər azərbaycanlı uşaq snayperlər tərəfindən öldürülüb”. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Dayanıqlı İnkişaf Məqsədlərinin Uşaqlar üçün Milliləşdirilməsi seminarında çıxışı zamanı deyib. Şöbə müdiri bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi uşaqlar üzərində faciəli təsirlərini qoyub: “Yüz minlərlə uşaq Dağlıq Qarabağda gedən döyüşlər zamanı ziyan görüb. Bu, dünyada qlobal problemlərdəndir. Dünya buna etinasız yanaşmamalıdır”. /faktxeber / Teqlər : #`Son,#ildə,#azərbaycanlı,#uşaq,#snayperlər,#tərəfindən,#öldürülüb`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənistan atəşkəs rejimini 20 dəfə pozub Azərbaycan XİN Ermənistanı daha praqmatik olmağa dəvət etdi
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni