Tbilisinin `Cümə` məscidində kitabxana yaradılır

Tbilisinin `Cümə` məscidində kitabxana yaradılır

Tbilisidəki "Cümə" məscidində dünya və yerli yazıçıların kitablarından ibarət kitabxana yaradılır.
 
Maide.Az xəbər verir ki, kitabxana yaratmaqda məqsədin gəncləri maarifləndirmək və onlarda kitab oxumağa həvəs oyatmaq olduğunu bildirib: “Hələlik kiçik həcmdə də olsa, kitabxana təşkil etməkdə məqsədimiz soydaşlarımızın kitab oxumalarına şərait yaratmaq və bu vasitə ilə gənclərimizi kitab oxumağa həvəsləndirməkdir”.
 
R.İgidov əlavə edib ki, kitabxanada "Qurani-kərim"in azərbaycan və gürcü dillərində tərcüməsi, görkəmli din alimlərinin kitabları ilə yanaşı, azərbaycan və xarici yazıçı və şairlərin əsərləri də mövcuddur.
 
R.İgidov "Cümə" məscidindəki kitabxananı zənginləşdirməyin vacib olduğunu, oxucuların istifadə etmədikləri kitabları yeni yaradılan kitabxanaya hədiyyə etməyi məsləhət görüb.
 
O, bununla həm oxucuların sayının, həm də kitab oxumağa marağın artacağını bildirib. /

Google+ WhatsApp ok.ru