Dollara tələbat azalıb

Dollara tələbat azalıb

Son bir ayda dollara tələbat kəskin azalıb.
 
Azərbaycan Dövlət Neft Fondunun (ADNF) açıqladığı statistik rəqəmlərdən belə nəticə çıxır.
 
Fond 2018-ci ilin sentyabr ayında satdığı valyutanın həcmini açıqlayıb. Həmin açıqlamaya görə, sentyabr ayı ərzində 394.8 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
 
Halbuki, Fond bundan bir ay əvvəl - avqustda 733.7 milyon ABŞ dolları satıldığını açıqlamışdı.
 
Üstəlik, son aylar ölkədə dollara tələbatın artdığı bildirilirdi. Fond apreldə 802.6 milyon, mayda 422.7 milyon, iyunda 439 milyon, iyulda isə 536.6 milyon ABŞ dolları satıldığını qeyd edilirdi. / azadliq.org /
 

Google+ WhatsApp ok.ru