Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

Sentyabr ayının 6-də Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Unibank”, “Expressbank”, “Dəmirbank”,“Bank VTB (Azərbaycan)”, “Bank of Baku”, “Atabank” və “Amrahbank”dır.

Fins.az xəbər verir ki, bu banklar Amerika valyutasını 1.7000 manata alır.

 

Dollar qiymətləri

Dolları ən aşağı qiymətə alan bank isə “Yapı Kredi Bank” dır.Bu bankda alış qiyməti 1. 5709 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Accessbank” və “Azərpoçt”dadır. Burada dollar 1.7010 manata satılır. Dolların ən yüksək satış qiyməti isə 1.7016 manatdır. Bankların böyük hissəsi dollar bu məzənnə ilə satır.

 

Avro qiymətləri

Avronu ən baha ““Bank of Baku” və “Atabank” alır–1.8900 manat.Avronun ən ucuz götürüldüyü bank “Yapı Kredi Bank (Azərbaycan)”dır-1.7511 manat. Avronu ən ucuz “Zıraat Bank (Azərbaycan)”satır-1.8870 manat. Avronun ən baha satış qiyməti 1.9060 manat təşkil edir. Bu qiymətə avronu “Azərpoçt” satır. /

Google+ WhatsApp ok.ru