Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

 
Oktyabr ayının 11-də  Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan banklar  “Amrahbank”, “Bank BTB” və “Unibank”dır. Fins.az  xəbər verir ki, hər 3 bank Amerika valyutasını 1.5900 manata alır.
 
Dollar qiymətləri 
Dolları ən aşağı qiymətə alan bank  isə adətən olduğu kimi “Yapı Kredi Bank” dır. Bu bankda alış qiyməti 1.5370 manatdır. ABŞ dollarının ən aşağı satış qiyməti isə “Günaybank”, “Amrahbank” və “Bank BTB”dədir. Bu banklar  dolları 1.6000 manata satır. Dolların ən yüksək satış qiyməti isə 1.6646 manatdır. “Azərbaycan Beynəlxalq Bankı” dolları bu məzənnə ilə satır.
 
Avro qiymətləri 
Avronu ən baha  “Amrahbank”  alır –1.7670 manat.Avronun ən ucuz götürüldüyü bank  isə “Yapı Kredi Bank”dır -1.7110  manat. Avronu ən ucuz “Amrahbank”  satır-1.7830 manat. Avronun ən baha satış qiyməti 1.8627 manat təşkil edir.“Kapital Bank” avronu  bu məzənnə ilə satır.  /

Google+ WhatsApp ok.ru