Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

Dollar dəyişmək üçün – ƏN SƏRFƏLİ BANKLAR

Oktyabr ayının 24-də  Azərbaycan bankları arasında ABŞ dollarını ən yüksək qiymətlə alan bank “Amrahbank”dır. Fins.az  xəbər verir ki, bu bank Amerika valyutasını 1.6500 manata alır.
 
Dollar qiymətləri
Dolları ən aşağı qiymətə alan bank  isə “Yapı Kredi Bank ” dır. Bu bankda dolların alış qiyməti 1.5507 manatdır.
 
ABŞ dollarının ən aşağı satış qiyməti isə Pakistan Milli Bankının Bakı filialdır. Bu bank dolların bu günə olan məzənnəsini 1.6450 manat müəyyəne dib. Ancaq b ank bu gün dolların satışını dayandırıb. Ona görə də bu gün dolları ən ucuz satan  “Turanbank”dır- 1.6595 manat. 
 
Dolların ən yüksək satış qiyməti isə 1.6797 manatdır. Bu gün “AGBank” və  “Azərbaycan Beynəlxalq Bankı” dolları bu məzənnə ilə satır.
 
Avro qiymətləri
 
Avronu ən baha  satan Azərbaycan Beynəlxalq Bankıdır. Bu bankda Avropa  valyutası 1.8251 manata satılır.  Avronu ən ucuz  “Azərpoçt” satır -1.8100 manat.
 
Avronu  ən ucuz alan isə “Azərbaycan Sənaye Bank”dır -1.7100 manat.    Avropa valyutasını ən baha alan isə “Amrahbank”dır. Bu bankda 1 avro  1.7920 manata alınır.
 

Google+ WhatsApp ok.ru