Dollar daha 10 faiz bahalaşacaq

Valyuta strateqlərinə görə, son bir neçə ilin parlayan “ulduzu” olan dolların bahalaşması daha bir müddət davam edəcək və ABŞ Mərkəzi Bankı Fed sabah faizləri artırmasa da, ilin sonuna qədər ən azı 10 faiz dəyər qazanacaq.
 
Morqan Stenli-nin (Morgan Stanley qlobal investisiya bankıdır) analitiki Andrew Sheets, “Dolların daha 10 -15% arasında dəyər qazanacağını gözləməkdə davam edirik” deyib.
 
Goldman Sachs da Fed-in İyunda faiz artırmaqda davam edəcəyi, Avropa və Yaponiyada neqativ faiz dövrünün davam edəcəyi gözləntilərinə əsaslanaraq dolların bu il 9 faiz dəyər qazanacağını güman edir.
 
Analitiklər, Fed-in maraqla gözlənən sabahkı toplantısında dolların uzunmüddətli istiqamətinə dair də məlumatlar axtaracaqlar. Fed pul siyasətini sərtləşdirən yeganə inkişaf edən ölkə mərkəzi bankıdır. Qlobal iqtisadiyyatdakı ləngiməyə baxmayaraq, ABŞ-ın iqtisadi artımı güclüdür. Bu səbəbdən analitiklər dollar məsələsində hələlik nikbindirlər.
 
Ancaq qısamüddətli çətinliklər səbəbilə təmkinli olanlar da var.
 
BNP Paribas-ın analitiklərinə görə, bu il faizlərin artırılması ehtimalı artıq dolların qiymətində əks olunub, əksinə dollarda sərt azalmalar görülə bilər (“Marja”).

Google+ WhatsApp ok.ru