Dollar milyarderləri ötən il 300 mlrd. dollar itirib

Dollar milyarderləri ötən il 300 mlrd. dollar itirib

 
Dünya üzrə dollar milyarderləri 2015-ci ildə ümumilikdə 300 mlrd. ABŞ dolları itiriblər. "Report"un "Qazeta.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat "The Wall Street Journal"da İsveçrənin "UBS" bankı və ABŞ-ın "PwC" audit şirkətinin hesabatına istinadən dərc olunub. 
 
Hesabatda bildirilir ki, 2015-ci ildə milyarderlərin məcmu kapitalı 5,1 trln. dollar təşkil edib. Bu da 2014-cü illə müqayisədə 300 mln. dollar və ya 5,6% azdır. Sənəddə həmçinin qeyd olunub ki, milyarderlərin kapitalının azalmasına baxmayaraq, 2015-ci ildə 210 yeni milyarder formalaşıb. /

Google+ WhatsApp ok.ru