Dollar üçün kritik gün

Dünya bazarlarında diqqətlər bu gün açıqlanacaq ABŞ əhalisinin məşğulluq göstəricisinə yönəlib

Dünya bazarlarında diqqətlər bu gün açıqlanacaq ABŞ-ın kənd təsərrüfatı istisna olmaqla əhalinin məşğulluq göstəricisinə yönəlib.
Maide.az "Cumhuriyyet"ə istinadla xəbər verir ki, ABŞ-da bu gün yerli vaxtla saat 16.30-da açıqlanacaq mart ayı üçün məşğulluq göstəricisinin 205 min artması, işsizlik nisbətinin dəyişməyəcəyi və 4,9 faizdə qalacağı gözlənilir.
 
Bloomberght-in məlumatına görə, fevral ayında məşğulluq göstəricisi 242 min artıb, işsizlik nisbəti fevral ayında yanvar ayına görə dəyişmədən 4.9 faiz olub.
 
Məşğulluq göstəricisinin proqnozlaşdırılan həddən (205 000) yüksək olacağı təqdirdə dolların bahalaşması davam edəcək və FED-in uçot dərəcələrini artıracağı günü daha da yaxınlaşdıracaq.
 
Uçot dərəcələrinin artırılması ilə dolların bir qədər də bahalaşacağı gözlənilir. Əgər açıqlanacaq məşğulluq göstəricisi proqnozdan aşağı olarsa, dolların ucuzlaşması başlayacaq və FED dərəcələri artırmağı bir qədər də təxirə salacaq. Adətən dollar bahalaşdıqda neft ucuzlaşır.

Google+ WhatsApp ok.ru