Dolu, güclü külək və leysan Qəbələdə fəsadlar törədib

Dolu, güclü külək və leysan Qəbələdə fəsadlar törədib

Güclü küləklə müşayiət olunan dolu və leysan yağışı Qəbələ rayonunda təsərrüfatın ayrı-ayrı sahələrinə ziyan vurub.
 
Maide.İnfo APA-ya istinadla xəbər verir ki, dünən saat 19:00 radələrində Qəbələ rayonunun Bum qəsəbəsinə, Həmzəli, Qəmərvan kəndlərinə dolu düşüb. Təxminən 20 dəqiqə yağan dolu yağışı və qasırğa meyvə-tərəvəz və əkin sahələrinə ziyan vurub.
 
Külək ağacların budaqlarını sındıraraq elektrik naqillərinin üstünə və avtomobil yollarına aşırıb, bəzi kəndlərə elektrik verilişi dayanıb. Hazırda rayonda leysan yağışı davam edir. Nəticədə çaylarda suyun səviyyəsi artıb, bəzi həyətyanı sahələri, yolları su və lil basıb, kəndlilərin otlaq və taxıl sahələrinə, meyvə məhsullarına ziyan dəyib. /

Google+ WhatsApp ok.ru