Donald Tramp 57 ölkəyə hələ də səfir təyin etməyib

Donald Tramp 57 ölkəyə hələ də səfir təyin etməyib

Həmin dövlətlər arasında Britaniya, Kanada, Yaponiya, Hindistan və Səudiyyə Ərəbistanı da var
 
ABŞ prezidenti Donald Tramp 57 ölkəyə hələ də səfir təyin etməyib.
 
“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, Birləşmiş Ştatların səfir təyin etmədiyi dövlət arasında Britaniya, Kanada, Yaponiya, Hindistan və Səudiyyə Ərəbistanı da var.
 
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin nümayəndələri səfir olmağa namizədlərlə bağlı məlumatlarda müəyyən problemlərin olduğunu bildiriblər.
 
Qeyd edək ki, səfir vəzifəsinə namizədlər Senatın Baş Məclisində təsdiq olunmalıdır.  
 
Xatırladaq ki, Yuta ştatının keçmiş qubernatoru, 2009-2011-ci illərdə ABŞ-ın Çindəki səfiri kiçik Con Xantsmanın Rusiyaya səfir təyin ediləcəyi haqda da xəbərlər yayılıb. Onun atası, böyük Con Xantsmana respublikanın yaranmasında göstərdiyi səylərə görə Ermənistanın vətəndaşlığı verilib. Milyader böyük Conun bir vaxtlar Yerevanda zavodları olub. /

Google+ WhatsApp ok.ru