Donald Trampın müşaviri Rusiya və Cənubi Qafqaza səfərlərinin məqsədini açıqlayıb 13 Oktyabr 2018 10:11 Dünya “Rusiyaya səfərimin məqsədi bu ilin yayında Helsinkidə Prezident Donald Tramp və Prezident Vladimir Putin arasında olmuş görüşün davamı olaraq ABŞ və Rusiya münasibətlərinin müzakirəsini davam etdirməkdir”. Maide.Az “Report”-a istinadən xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bildirib. “Rusiyaya səfərimin məqsədi bu ilin yayında Helsinkidə Prezident Donald Tramp və Prezident Vladimir Putin arasında olmuş görüşün davamı olaraq ABŞ və Rusiya münasibətlərinin müzakirəsini davam etdirməkdir. Bu məsələdə problemlər və fikir ayrılıqları var. Biz bu istiqamətdə irəliləyiş əldə edə bilərik”, - deyə o vurğulayıb. Con Bolton bildirib ki, Azərbaycan, Ermənistan və Gürcüstana səfərləri zamanı bu ölkələrin Suriyada vəziyyətin tənzimlənməsinə təminatçı dövlətlərin - İran, Rusiya və Türkiyə ilə münasibətlərində oynadıqları geopolitik rolun vacibliyini dəyərləndirəcək. Qeyd edək ki, Con Boltonun oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfəri başlayacaq. Teqlər : #Donald,#Trampın,#müşaviri,#Rusiya,#və,#Cənubi,#Qafqaza,#səfərlərinin,#məqsədini,#açıqlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Şeyx İsa Qasim gözündən əməliyyat olunub Ərbəin zəvvarlarının İraq ərazisində nəqliyyat xərcləri nə qədər olacaq?
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO