Dondurma alarkən DİQQƏTLİ OLUN! - `Qum dadır, adamı boğur` - VİDEO

Dondurma alarkən DİQQƏTLİ OLUN! - `Qum dadır, adamı boğur` - VİDEO

"Donmuş məhsulu əriyəndən sonra təkrar dondurub satmaq qadağandır"
 
Son günlər bəzi dondurmaların keyfiyyətinə şübhə ilə yanaşanların sayı artıb. Söhbət isti yay aylarında tələbatın daha çox olduğu dondurmalardan gedir.
 
Nərgiz Sadığova – sakin: “Eşitmişdim ki, qum dadır, amma fikir verməmişdim. Təsadüfən aldım, bir də baxıram ki, qum kimi nəsə dadır. Elə bil ki, içində nəsə maddə var əriməyib. Adamı boğur”.
 
Sərinləşdirici desertin yararlılıq müddəti yerində olsa da, dadanlar təəccüb edir. Bəziləri istehlakçının hüququnun tapdalandığı bu halı istehsal mənşəli problem, bəziləri isə əridikdən sonra yenidən dondurulma ilə əlaqələndirirlər. Nəzərə alaq ki, 2-ci dəfə dondurulmuş məhsulun qəbulu orqanizmə mənfi təsir edir.
 
Fazil Paşayev – ekspert: “Qaydada yazılır ki, donmuş məhsul əriyəndən sonra təkrar dondurub onu satmaq qadağandır. Dondurmanı alanda yoxlasınlar, fikir versinlər. Kağızının üzərində əriyəndən sonra sular qalır, o su da donur. İçindəki xırda şeylər buz kimi donur”.
 
Bir neçə gün əvvəl İqtisadiyyat Nazirliyi də bəzi dondurmalarda istehsal mənşəli problemlərin, sağlamlıq üçün təhlükə yaradan mikroorqanizmlərin normadana artıq olduğunu açıqlamışdı. Bu faktlar göstərir ki, dondurma alarkən diqqətli olunmalıdır. Şübhəli hal aşkarlandıqda qaynar xətlə əlaqə yaradaraq hüuqlarınızı müdafiə etməlisiniz. (arb) /

Google+ WhatsApp ok.ru