Dondurulmuş maaşlarını ala bilməyən məcburi köçkünlər məhkəməyə üz tutub

Dondurulmuş maaşlarını ala bilməyən məcburi köçkünlər məhkəməyə üz tutub

-- məcburi köçkünlər 1 aydan sonra növbəti dəfə məhkəməyə müraciət edəcək

Dondurulmuş maaşlarını ötən ilin yanvarından ala bilməyən məcburi köçkünlər məhkəməyə üz tutublar.
 
Məcburi Köçkünlər bununla bağlı Nazirlər Kabinetinə sorğular göndərsə də, cavab ala bilməyiblər. Odur ki, Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Komitəsi verilmiş sorğuya cavab verilməməsi ilə bağlı 1 saylı inzibati-iqtisadi məhkəməsinə müraciət edib. Fevralın 2-də şikayətə baxış keçirilib.
 
Məhkəmə köçkünlərin iddiasını geri qaytarıb. Hakim qərarını bununla əsaslandırıb ki, köçkünlər Nazirlər Kabinetinə sorğu ilə yox, ərizə ilə müraciət edə bilərlər. Bundan sonra onların iddiasına məhkəmədə baxıla bilər.
 
“Bizim ərizədə sorğunu yazmaq imkanımız yoxdur. Amma biz onlara sual verib ona cavab almaq istəyirik. Lakin nə hökumət, nə də Nazirlər Kabineti suallarımızı cavablandırır.İstənilən halda məhkəmə bu məsələni müzakirə edə bilərdi.”
 
Şikayətlə bağlı Nazirlər Kabinetindən Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi ilə əlaqə yaratmağımızı söylədilər. Komitədənsə öncə cavablayacaqlarını bildirsələr də, daha sonra zənglərimizi açmadılar.
 
Dövlət qurumlarından cavab eşitməyən məcburi köçkünlərsə 1 aydan sonra növbəti dəfə məhkəməyə müraciət edəcəklər.(meydantv)
 

Google+ WhatsApp ok.ru