Donetskdə bankdan 1,2 milyon dollar oğurlandı

Silahlı separatçılar “Privat Bank”ın Voroşilov filialına hücum edib

Donetskdə qanunsuz silahlı formalaşmaların üzvləri “Privat Bank”a hücum edərək 1,2 mln dollar oğurlayıblar. Silahlı separatçılar ukraynalı milyarder İqor Kolomoyskinin sahibi olduğu “Privat Bank”ın Voroşilov filialına hücum edib. 
 
Oğurlanan pullar Ukrayna hökumətinin əmək haqqı üzrə təqaüdçülər üçün köçürdüyü vəsait olub.
 
“Donetskdə 40-a yaxın silahlı terrorçu “Privat Bank”ın Voroşılov filialına hücüm edib. Terrorçu qarətçilər anbarın qapısını sındıraraq Ukrayna hökumətinin əmək haqqı üzrə təqaüdçülər üçün köçürdüyü 15 mln qrivendən çox pulu qarət ediblər”, - deyə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat mərkəzinin rəhbəri Andrey Lısenko bildirib.

Google+ WhatsApp ok.ru