Donuz əti yeməyən tələbələrdən bunu istədilər

Fransanın Auxerre şəhərində yerləşən bir ibtidai məktəbin yeməkxanasında donuz əti yeməyən tələbələri ayırd etmək üçün qırmızı rəngli boyunbağı taxmaları tələb olunub. Heç ət yeməyən tələbələrin isə sarı rəngli boyunbağı taxması tələb edilib.
 
Maide.az-ın məlumatına görə, Auxerre İcra Hakimiyyətindən bildiriblər ki, şəhərdə 11 məktəbin restoranına məsələyə dair istintaq açılıb.
 
Fransanın cənubdakı Beziers bələdiyyə sədri Robert Menardın may ayında qatıldığı televiziya proqramında, tələbələrin donuz əti yeməməsinə etirazla, "şəhərdəki məktəblərdəki şagirdlərin 64 faizi müsəlmandır" deməsi, tələbələrin inanclarının statistikanı tutduğunu ortaya çıxarmış və mübahisələrə səbəb olmuşdu.
 
Avropada ən çox müsəlmanın yaşadığı Fransada təxminən 5 milyon müsəlman var. Ölkədə daha əvvəl də məscid tikintisi, ibadət yerləri və halal ət məsələsi ilə bağlı problemlər yaşanmışdı.

Google+ WhatsApp ok.ru