Donuz qripi geri qayıdır?

Donuz qripi geri qayıdır?

 Panamada 52 nəfər (H1N1) qripi virusunun qurbanı olub. 
 
Maide.Az xəbər verir ki, bu barədə ölkənin səhiyyə Nazirliyinin nümayəndələri bildiriblər. Onların məlumatına görə, təxminən 2,47 min nəfər həkim nəzarəti altındadır, indiyədək onlardan 297-si müxtəlif fəsadlarla xəstəxanaya yerləşdirilib.
 
Bununla belə, son iki həftə ərzində qripə yoluxma və kəskin respirator xəstəliklər ölkədə tənəzzülə doğru gedir.
 
"Bu azalma bizi bir qədər də xoşa gəlməyən xəstəlikdən uzaqlaşdırır. Bu tendensiya bu cür davam edərsə, gələn ildə qrip mövsümü hazırkı dövürlə müqayisədə 4 həftə tez bitəcək."- nazirliyin açıqladığı bəyanatda bildirilir.
 
Aprelin 22-dən indiyədək o ölkədə 4 milyon vakansiyanın 1,73 mln. nəfəri peyvənd olunub. /

Google+ WhatsApp ok.ru