Donuz qripi yenidən tüğyan edir: 7 ölü, 41 yaralı

Donuz qripi yenidən tüğyan edir: 7 ölü, 41 yaralı

Myanmarda “donuz qripi” olaraq tanınan H1N1 virusu yenidən insan ölümünə səbəb olub.
 
Bu barədə Myanmar Sağlıq və İdman Nazirliyindən məlumat yayılıb.
 
Məlumatda son 5 gündə 7 nəfərin öldüyü, virusa yoluxmuş 41 nəfərin isə Yanqon şəhər xəstəxanasında müalicə edildiyi bildirilib.
 
Qeyd edək ki, H1N1 virusu 2009-cu ilin mart ayında Meksikada yaranmış, daha sonra kütləvi epidemiyaya çevrilərək, bütün dünyaya yayılmışdı. Donuz qripi nəticəsində 18.500 nəfər həyatını itirib. (axar.az) /

Google+ WhatsApp ok.ru