DOQQUZUNCU SƏCİYYƏ: İFFƏT VƏ SAFLIQ-1

DOQQUZUNCU SƏCİYYƏ: İFFƏT VƏ SAFLIQ-1

Rəhman Allahın həqiqi bəndələrinin xüsusiyyətlərindən biri də iffətə zidd əməllərdən çəkinməkdir. “Furqan” surəsinin 68-ci ayəsində buyurulur:

وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَهًا آخَرَ وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحَقِّ وَلَا يَزْنُونَ وَمَن يَفْعَلْ ذَلِكَ يَلْقَ أَثَامًا

“(Rəhman Allahın həqiqi bəndələri) Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şəri cəza və bu kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) cəza ilə qarşılaşar.”

İnsanın qanı kimi əhəmiyyətli məsələdən sonra dərhal “zina”dan söz açılır. Müsəlmanın canı və qanına ehtiram qədər namusa da ilahi bəndələrin böyük əhəmiyyət verdiyi məsələlərdən biridir.

GİGİYENA DƏRMAN VƏ MÜALİCƏDƏN İRƏLİDİR

Hal-hazırda xəstəliklərin müalicəsində təbabətin kateqoriyaları daha mühüm rola malikdir. Məsələn, xəstəliklərin qarşısını almaq onun müalicəsindən daha asan olduğu üçün gigiyena insanların həyat və taleyində böyük əhəmiyyət daşıyır və buna böyük büdcələr ayrılır. Bunu biz eynilə əxlaqi məsələlərə də aid edə bilərik. Belə ki, İslam günah və əxlaqi pozuntuların qarşısının alınmasında həm lazımı tövsiyələrlə bərabər günahkarların cəzalarını da təyin edir. Adətən, cəza tədbirlərindən söz düşdükdə, günahın gigiyenası və ya qarşısının alınmasına dair məsələlər diqqət mərkəzinə çəkilir. Misal üçün, “Nur” surəsinin 30-32-ci ayələrində iffətsiz işlərə aludə olanların cəzalarına toxunarkən qarşısı alınması məqsədilə də müəyyən göstərişlər nəzərə çarpır ki, onlardan neçəsini burada qeyd edirik:

1. Şübhəsiz, iffətsizliyin səbəblərindən biri hicabsızlıq və açıq-saçıqlıqdır. Belə hallar və ondan doğan cinayətlər yay fəslində daha çox həddini aşır. Bunun səbəbi isə aydındır. İslamda iffətsizliyə səbəb olan bu və ya digər günahların qarşısının alınmasında “hicab və örpək” xüsusi olaraq vurğulanır.

2. İslamda kişilərin gözlərini və baxışlarını idarə etmələri tövsiyə edilir və bu da iffətə zidd əməllərin böyük bir hissəsinə mane olur, yarana biləcək zəmin və şəraiti aradan qaldırır.

3. Bu eynilə qadınlara da tövsiyə olunur. Qız və qadınlar da öz baxışlarına diqqət yetirməli, kişi cinsinə ləzzət və ehtirasla baxmamalı və şübhəli baxışlardan çəkinməlidirlər. (“Nur” surəsi, ayə 31.)

Ehtiraslı baxış sadə məsələ deyil və ona qarşı çox ciddi olmaq lazımdır. Çünki o, şeytanın imanlı insanlara hücum etdiyi vasitələrdən biri sayılır. (“Vəsailuş-şiə”, 14-cü cild, səh.138.)

4. İffətsizliyin qarşısını alan amillərdən biri də evlənməkdir. Evlənmək milli və ümumi bir məsələ kimi bütün müsəlmanlara aiddir və “Nur” surəsinin 32-ci ayəsində bu barədə belə buyurulur:

وَأَنكِحُوا الْأَيَامَى مِنكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَائِكُمْ إِن يَكُونُوا فُقَرَاء يُغْنِهِمُ اللَّهُ مِن فَضْلِهِ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ

“(Ey gənclərin ixtiyar sahibləri,) subay kişilərinizi və ərsiz qadınlarınızı, eləcə də, qul və kənizlərinizdən evlənmək istedadı olanları evləndirin. Əgər yoxsul olsalar, Allah onları Öz lütfü ilə dövlətli edər. Allah sonsuz lütf sahibi və biləndir.”

Bu ayədəki göstəriş həyatın heç bir sahəsində gözə dəymir. Ona əsasən, bütün müsəlmanlar subay gənclər müqabilində məsuliyyət daşıyır və Peyğəmbəri-Əkrəmin (s) tövsiyə etdiyi bu yaxşı adət-ənənə və sünnə istiqamətində mühüm addımlar atmalıdırlar.

5. Allah-Taala “Nur” surəsinin 58-ci ayəsində övladlara göstəriş verir ki, ata-ananın xüsusi (şəxsi) otağına daxil olan zaman icazə alsınlar. Məxsusən, günün üç vaxtı icazəsiz onların otağına daxil olmasınlar:

1. Yatdıqları gecə vaxtı;

2. Sübh namazından qabaq;

3. Gündüz istirahət zamanı.

Ayədə buyurulduğu kimi, bunlar valideynlərin xəlvətə çəkilə biləcəyi vaxtlardır və qalan vaxtlarda isə övladlarına ora icazəsiz daxil olması günah sayılmır. Demək, İslam ailə ocağından baş qaldıra biləcək azğınlığın qarşısını almaq üçün xüsusi tədbirlər görür.

6. O zaman ərəb qadınları yol gedərkən (xüsusilə səhralıqda) əziyyət verən həşəratları qovmaq üçün ayaqlarına cingildəyən bilərzik (xal-xal) bağlayardılar. Təhlükəsizlik rolunu oynayan bilərzik sonralar zinət vasitəsinə çevrilərək naməhrəmlərin diqqətini cəlb etməyə başladı. Buna görə də, mütəal Allah “Nur” surəsinin 31-ci ayəsində müsəlman qadınlara göstəriş verir ki, ayaqlarına bağladıqları zinət əşyalarının bilinməsi və kiminsə diqqətinin cəlb edilməməsi üçün ayaqlarını yerə bərk vurmasınlar.

Qeyd edilənlər İslamın cəzalarla yanaşı, günah və əxlaqi pozğunluqlara qarşı irəli sürdüyü tədbirləridir. (“Valatərin bəndeqan” – Şərhe ayate ibadur-rəhman”, Ayətullah Məkarim Şirazi, səh.125-128.)(Maide.az)

 

 

Google+ WhatsApp ok.ru