DOĞRU OLMAQ GÜNAHMI?

DOĞRU OLMAQ GÜNAHMI?

Ruhani Kərbəlayi Qədir Şeyx Sərdar Hacıhəsənlinin həbsini pisləyib.

Maide.Az xəbər verir ki, bu gün cümə namazının xütbəsində Şeyx Sərdar Hacıhəsənlinin həbsinə münasibət bildirən ruhani Kərbəlayi Qədir bunları deyib:

أَتَقْتُلُونَ رَجُلاً أَن يَقُولَ رَبى اللَّهُ

“Məgər siz bir adamı: “Rəbbim Allahdır!” – deməyinə görə öldürəcəksinizmi?

Haqq ilə batilin mübarizəsi danılmazdır. Tarixi səhifəliyərkən hər zaman haqq carçılarının batil əqidə və düşüncələrə qarşı mübarizə etdiklərini müşahidə edirik. Doğru yol tutub, onu özlərinə həyat tərzi seçən insanlar hər zaman repressiya və təzyiqlərə məruz qalmışlar. Günahları isə yalnız və yalnız doğruluqları olmuşdur. Mütəal Allah müqəddəs Qurani-Kərimin müxtəlif ayələrində, məxsusən, “Ğafir” surəsinin 28-ci ayəsində bu məsələyə işarə etmişdir. Belə ki, Fironun müşavirə otağında həzrət Musanın (ə) qətlinə fərman verilən zaman Fironun yaxınlarından bir nəfər dillənir. Təfsir alimlərinin qeydlərinə əsasən, o, Fironun bibisi oğlu və yaxud xalası oğlu imiş. Dini qaynaqlarda “Firon ailəsinin mömini” kimi məşhur olan bu şəxs xəlvətdə Allaha iman gətirib öz imanını gizlədir. Fironun müşavirə otağında Musa barədə qətl fərmanı verilən zaman həmin şəxs çıxarılmış qərara etirazını bildirir və üzünü onlara tutub ilk olaraq bu sualı verir:

أَتَقْتُلُونَ رَجُلاً أَن يَقُولَ رَبى اللَّهُ

“Məgər siz bir adamı: “Rəbbim Allahdır!” – dediyinə görə öldürəcəksinizmi?”

Sankı bu şəxs etiraz edərək onları anlatmağa çalışırdı ki, nə üçün insanlar inanc, əqidə və doğruluqlarına görə mühakimə olunmalıdır?

 

Şeyx Sərdar siması hamıya bəlli bir simadır. O, hər zaman doğru düşünüb və doğruluğu özünə həyat tərzi seçmiş bir ruhanidir. Gənc yaşlarından özünü dinə və onun maraqlarına həsr etmiş, xalqın sevimlisi olan Şeyx Sərdarın bu sayaq həbs olunması utancverici haldır.

Doğru həyat tərzi seçmiş və doğru bildiklərinin tələbinə uyğun addım atmış İslam övladı Şeyx Sərdarı həbs edənlərə yalnız bir sualım var: “Doğru olmaq günahmı?”

 

Google+ WhatsApp ok.ru