Doğum azalıb, boşananlar artıb

Doğum azalıb, boşananlar artıb

Bu ilin 8 ayında qeydiyyat şöbələri 40235 nikah və 9877 boşanma halları qeydə alıblar.

Bu ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ölkədə 90523, yaxud hər gün orta hesabla 373 doğulmuş körpə qeydə alıblar.
 
Dövlət Statistika Komitəsinin (DSK) son açıqlamalarında belə yazılıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 13.8 təşkil edir. Doğulan körpələrin 53.1 faizi oğlan, 46.9 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1680-i əkiz, 78-i üçəmdir.
 
Ötən ilin yanvar-avqust ayları ərzində ölkədə 95395, yaxud hər gün orta hesabla 393 doğulmuş körpə qeydə alınmışdı. Beləcə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14.7 təşkil edirdi.
 
Evlənənlər azalıb, boşananlar artıb
Bu ilin 8 ayında qeydiyyat şöbələri 40235 nikah və 9877 boşanma halları qeydə alıblar.
 
DSK-nın məlumatlarına görə də, evlənənlər azalıb, boşananlar çoxalıb.
 
2017-ci ilin 8 ayı ərzində rəsmən 40256 nikah və 9787 boşanma baş vermişdi. /azadliq.org /
 

Google+ WhatsApp ok.ru