DİQQƏT! Şagirdlərin davamiyyəti yenə nəzarətə alındı

DİQQƏT! Şagirdlərin davamiyyəti yenə nəzarətə alındı

Uşaqların məktəblərdə davamiyyəti barədə valideynlərə SMS bildiriş xidməti bərpa edilib. Bu barədə Trend-ə xidmətin operatoru “Mobile Solutions&Marketing Technologies” şirkətindən məlumat verilib.
 
Şirkətdən bildirilib ki, SMS bildiriş xidməti yay tətili ilə əlaqədar dayandırılmışdı.
 
Qeyd edək ki, bu xidmət Azərbaycanda fəaliyyət göstərən 3 mobil operatorun şəbəkəsində fəaliyyət göstərəcək.
 
Bu xidmət şagirdlərin dərs davamiyyəti barədə bildirişlərin valideynlərin mobil telefonlarına göndərilməsini nəzərdə tutur.

Google+ WhatsApp ok.ru