DİQQƏT:  Xosrəvi sərhəd-keçid  məntəqəsi bağlıdır: Ərbəinə gedən zəvvarlar ora getməsin

DİQQƏT: Xosrəvi sərhəd-keçid məntəqəsi bağlıdır: Ərbəinə gedən zəvvarlar ora getməsin

-- Xosrəvi sərhəd-keçid məntəqəsininin nə vaxt açılacağı ilə bağlı yaxın günlərdə açıqlama veriləcək

Ərbəin Mərkəzi Qərargahının katibi Məcid Aqababayi deyib ki,  İraq hökuməti tərəfindən hazırlıq işləri tamamlanmadığı üçün  hələlik Xosrəvi sərhəd-keçid məntəqəsi bağlıdır və  Ərbəin yürüşündə iştirak etmək üçün gedən  zəvvarlar  Mehran  sərhəd-keçid məntəqəsinə müraciət etsinlər. 
 
Maide.Az "iribnews" saytına istinadən xəbər verir ki, O Xosrəvi sərhəd-keçid məntəqəsininin nə  vaxt açılacağına dair sualın cavabında deyib ki,  yaxın günlərdə bununla bağlı  açıqlama veriləcək.  “İranın Kirmanşah,  Kürdistan,  Ərdəbil,  Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan əyalətlərindən  zəvvarlar Xosrəvi sərhəd-keçid məntəqəsi vasitəsi ilə getməli idi ki, bu əyalətdən Kərbəlaya gedən zəvvarlar Mehran sərhəddinə müraciət etsinlər”. 
 
Qeyd edək ki, bir müddət öncə İran və İraq Ərbəin yürüşündə iştirak etmək üçün zəvvarların 4 sərhəd-keçid məntəqəsi vasitəsilə  gediş-gəliş edə biləcəyi haqqında razılıq əldə etmişdir. 
Belə ki,  Ərbəin yürüşündə zəvvarların gediş-gəlişi yalnız İlam əyalətində Mehran,  Xuzestan əyalətində Şələmçə və Çəzabə, Kirmanşah əyalətində  Xosrəvi sərhəd – keçid məntəqələri vasitəsilə həyata keçiriləcəkdi. 
 
Xatırladaq ki, Ərbəin ziyarəti yaxınlaşdıqca İran-İraq sərhədində də izdiham gedərək artır. Ərbəin ziyarətinə gedən zəvvarlar Mehran, Şələmçə və Çəzabə sərhəd buraxılış məntəqələrindən gediş-gəliş edə bilər.

 

Google+ WhatsApp ok.ru