`DQR`in müdafiə naziri: `Mən hər gün müharibə gözləyirəm`

AzadXeber.net-in verdiyi məlumata görə, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qurulmuş separatçı rejiminin müdafiə naziri Movses Akopyan müharibə arzusunda olduğunu dilə gətirib. Movses Akopyan erməni mətbuatına açıqlamasında deyib ki, Azərbaycan tərəfinin Qarabağdan imtina etməyəcəyini bildiyi üçün, hər gün müharibənin baş verəcəyini gözləyir. 
 
Qeyd edək ki, Azərbaycan ordusu avqust ayının əvvəlindən intensivləşən silahlı qarşıdurmalar zamanı 70-dən çox erməni əsgərini zərərsizləşdirməyi bacarmışdı. Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşündən sonra cəbhədə vəziyyət stabilləşmişdi.

Google+ WhatsApp ok.ru