İŞİD İraqda televiziya müxbirini öldürdü

İraqda Əl-Əhd televiziyasının müxbiri Hüseyn Fadıl Həsən İŞİD terror təşkilatı üzvü snayperinin açdığı atəşlə həyatını itirib.
 
Maide.az-ın məlumatına görə, İŞİD-ə qarşı döyüşən Haşdi Şabinin (Xalq İcması) sözçüsü Cavad Ət-Talibavi bildirib ki, Haşdi Əl-Əhd televiziyasının müxbiri Həsən Beycidə çəkiliş apararkən öldürülüb.
 
Talibavi, "Həsən Beycidə İraq ordusu və Haşdi Dabağı milisləri ilə İŞİD terrorçuları arasındakı münaqişələri lentə alırmış" - deyib.
 
İraq Jurnalistlər Hərəkatından ötən həftə verilən yazılı açıqlamada yanvardan bu yana İraqda 14 mətbuat nümayəndəsinin həyatını itirdiyi, əksəriyyətinin İŞİD terrorçuları tərəfindən öldürüldüyü bildirilib.

Google+ WhatsApp ok.ru