İŞİD İraqı qana çalxadı: 70 ölü, 100-dən çox yaralı

İraqın paytaxtı Bağdad şəhəri yaxınlığında yerləşən şəhərdə terrorçu-kamikadzelər tərəfindən eyni vaxtda iki partlayış törədilib.
 
Maide.az RİA Novostiyə istinadən xəbər verir ki, İŞİD terrorçularının törətdiyi partlayışlar nəticəsində 70 nəfər həlak olub, 100 nəfər yaralanıb.
 
Terror aktı fevralın 28-də paytaxt yaxınlığındakı şiə şəhəri Mədinə-əs-Sədrdə törədilib.
 
Hüquq-mühafizə orqanlarından bildirilib ki, terrorçular partlayıcı bağlanmış motosikletləri mobil telefon bazarında kütlənin içərisinə sürərək partladıblar.  
 
Hadisəyə görə məsuliyyəti İŞİD terrorçuları üzərinə götürüb.

Google+ WhatsApp ok.ru