Dörd ərəb ölkəsi 12 təşkilatı terrorçu siyahısına salıb

Dörd ərəb ölkəsi 12 təşkilatı terrorçu siyahısına salıb

Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn terroru maliyyələşdirməkdə və Qətərdən maliyyə dəstəyi almaqda ittiham olunan 59 şəxsi və 12 təşkilatı terrorçu siyahısına salıb.
 
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
 
Qeyd edək ki, iyunun 5-də  Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Dohanı terror təşkilatları maliyyələşdirməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan onlara 8 ölkə qoşulub.
 
Qətər XİN rəhbəri bütün ittihamları rədd edib. (faktxeber)
 

Google+ WhatsApp ok.ru