Dörd haram aydan biri – Rəcəb ayı

Dörd haram aydan biri – Rəcəb ayı

Allah-Taala Qurani-Kərimin “Tövbə” surəsinin 36-cı ayəsində buyurur:

إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْرًا فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ ذَلِكَ الدِّينُ الْقَيِّمُ فَلاَ تَظْلِمُواْ فِيهِنَّ أَنفُسَكُمْ وَقَاتِلُواْ الْمُشْرِكِينَ كَآفَّةً كَمَا يُقَاتِلُونَكُمْ كَآفَّةً وَاعْلَمُواْ أَنَّ اللّهَ مَعَ الْمُتَّقِينَ

“Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən Allah kitabında on iki aydır. Onlardan dördü (döyüş üçün) haramdır. Bu, sabit və möhkəm ayindir. Bu aylarda (savaş, qan tökməklə) özünüzə zülm etməyin. Müşriklər hamılıqla sizinlə döyüşdüyü kimi, siz də hamılıqla müşriklərlə döyüşün və bilin ki, həqiqətən, Allah təqvalılarladır.”

Hər il on iki aydan ibarətdir. “Şəhr” (ay) sözü də Quranda on iki dəfə işlədilmişdir. (“Quranın ədəd möcüzələri”.)

Quranda dəfələrlə təkrarlanmış on iki ədədi mübarək bir ədəddir. Bəni-İsrail rəhbərlərinin, Musanın möcüzəsi ilə çıxan bulaqların, məsum Əhli-beyt imamlarının sayı on iki olmuşdur.

Zil-qədə, Zil-hiccə, Məhərrəm və Rəcəb aylarında döyüş haramdır. İlk üç ay ardıcıl gəlir. (“Kafi”, c.4, səh.240.)

Ayın yer ətrafında və digər planetlərin Allah iradəsi ilə hərəkət nizamı ilkin yaranışdan mövcuddur.

Yalnız düşmən hücum etmədikdə haram aylarda döyüşdən çəkinmək zəruridir. Düşmən hücum etdikdə isə müdafiə zəruridir. (“Bəqərə”, 194.)

Hörməti gözləniləsi bütün işlərdə qisas var. Qarşı tərəf mövcud qanundan sui-istifadə etdikdə, siz də onun kimi rəftar edə bilərsiniz.

Bu qanunların sabitliyinin qeyd olunması onların bütün səmavi dinlərdə mövcudluğuna işarə ola bilər. (“Rəvayətlərə əsasən”.)

Bildirişlər

1. Təqvimdəki on iki ay, tədricən formalaşmamışdır, ilkin yaranışdan mövcuddur.

2. Döyüşçülər və onların ailələrinin qayğıya, təhsilə, istirahətə və dolanışığa ehtiyacları var. Bu səbəbdən də, ilin üçdə birində döyüş məcburi şəkildə dayandırılır. Hətta döyüş zamanı da xəbərsiz qalanlar, qadınlar, qocalar və uşaqlar nəzərdən qaçırılmamalı, qəfil hücuma yol verilməməlidir.

3. İlin bütün ayları eyni deyil. Vaxtın da müqəddəsi olur.

4. İslamın həm əmin-aman məkanı (Məkkə), həm də əmin-aman zamanı (haram aylar) var. Dörd haram aydan üçünün mehvəri həcc ayıdır.

5. Haram aylara biganəliyin zərəri insanlara aiddir.

6. İslam savaş məqsədində deyil. Əksinə, bu ilahi din düşüncə, dəlil, hikmət, moizə və əmin-aman həyat prinsiplərinə əsaslanır. Amma düşmənlər təcavüz etdikdə, müsəlmanların müdafiə haqqı var. Hətta haram aylarda da müdafiə zəruridir.

7. Düşmənə icazə verməyin ki, sizin dini müqəddəsliklərinizdən və fiqh hökmlərinizdən sui-istifadə etsin. Düşmən haram aylarda hücuma keçdikdə, özünüzü müqəddəs göstərib bir yerdə dayanmayın, müdafiə olunun!

8. Düşmənə onun hücum üslubunda cavab verin.

9. Qələbə təqva sayəsində əldə olunur. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 5-ci cild, “Tövbə” surəsi, 36-cı ayənin təfsiri.)

Maide.az

Google+ WhatsApp ok.ru