Dörd minə yaxın müəllimin maaşı gecikir - Abşeronda

Dörd minə yaxın müəllimin maaşı gecikir - Abşeronda

Abşeron rayonunda bir qrup təhsil işçisi məvaciblərini ala bilmir.
 
Bu barədə “Qafqazinfo” ya Abşeron rayonundakı məktəblərdə çalışan təhsil işçiləri bildiriblər. Şikayətçilərin sözlərinə görə, artıq 2 aydır 3863 müəllim məvacibini ala bilmir. Müəllimlər bildirir ki, gecikmə ilə bağlı onlara heç bir açıqlama verilmir.
 
Məsələyə aydınlıq gətirmək məqsədilə 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ilə əlaqə saxladıq.
 
Suallarımızı cavablandıran aparıcı məsləhətçi Nizami Abbasov bildirdi ki, noyabr ayının məvacibi artıq hesablara köçürülüb: “Bu gün axşamadək bütün müəllimlər əmək haqlarını alacaqlar. Dekabr ayının maaşları isə 1 həftə-10 gün ərzində hesablara yatırılacaq”.
 

Google+ WhatsApp ok.ru