DSK sənayedə 1.4 faiz artım olduğunu deyir

DSK sənayedə 1.4 faiz artım olduğunu deyir

-- Sənaye məhsulunun 75 faizi mədənçıxarma...

2018-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 7.6 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
 
Dövlət Statistika Komitəsinin (DSK) bu gün, martın 16-da yaydığı məlumatda belə yazılır.
 
DSK bildirir ki, bu, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 1.4 faiz çoxdur. Məhsul istehsalının sənayenin qeyri-neft sektorunda 8.4, neft sektorunda 0.4 faiz artdığı bildirilir.
 
Sənaye məhsulunun 75 faizi mədənçıxarma, 20 faizi emal, 4.4 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun payına düşür. Habelə, 0.6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
 
Yayılan rəsmi məlumata görə, mədənçıxarma sektorunda neft hasilatı 0.5 faiz artıb, əmtəəlik qaz hasilatı isə 9.4 faiz azalıb.
 

Google+ WhatsApp ok.ru