İŞİD Suriyada 54 nəfəri edam edib

Maide.az-ın məlumatına görə, İŞİD terror qruplaşması Suriya ordusu ilə əməkdaşlıq ittihamı ilə bazar ertəsi günü Deyruz-Zurda 8 nəfərin başını kəsib. 
 
Həmçinin 7 nəfər də narkotik maddələrin qaçaqçılığı ilə əlaqədar güllə ilə edam olunub. 
 
Beləliklə siyasi quruluşla əməkdaşlıq, İŞİD-lə döyüşmək, Türkiyədəki oyanış şuraları ilə koordinasiya etmək, Tədmurda İŞİD əleyhinə qüvvə cəzb etmək üçün səy göstərmək və narkotik maddələrin qaçaqçılığı ittihamı ilə ötən 5 gün ərzində Suriyanın Deyruz-Zur bölgəsində 54 nəfər edam olunub. İŞİD-çilər Suriyanın Homs vilayətində Tədmur tarixi şəhərində qadın və uşaqlar daxil olmaqla 400 nəfəri vəhşicəsinə bıçaqla qətlə yetiriblər.

 

Google+ WhatsApp ok.ru