İŞİD Suriyanın Tədmur şəhərindən qovulub

Maide.az-ın  məlumatına görə, Suriya ordusunun qüvvələri İŞİD ünsürlərini Tədmur şəhərinin ətrafından geri oturtmağa müvəffəq olublar.
 
Bildirilir ki, Tədmur şəhərində Suriya ordusunun qüvvələri ilə İŞİD ünsürləri arasında ağır döyüşlər baş verib və İŞİD qüvvələri geri çəkilməyə məcbur olublar. Suriya insan haqları nəzarətçilərinin sözlərinə görə, bu şəhər bir gün qabaq işğal olunubmuş. Həmçinin Suriya ordusunun qüvvələri bu ölkənin şərqində Diyrəlzur hərbi hava limanının yaxınlığındakı strateji nöqtəni İŞİD-dən geri almağa müvəffəq olublar. Suriya televiziyası bildirib ki, terrorçu İŞİD qrupunun beş üzvü bu ölkənin şərqində öldürülüb. Öldürülən terrorçu səudiyyəli, türk, çeçen, iordaniyalı və iraqlı beş komandirdir. Bu xəbər terrorçu İŞİD qruplaşmanın qondarma neft naziri Əbu Səyyafın və onunla yanaşı olan 40 terrorçunun xüsusi təyinatlı qüvvələrin onların Əl-Uumər neft quyusu yaxınlığında məskunlaşdığı binaya hücumunda öldürülmələrindən bir gün sonra yayılıb.

Google+ WhatsApp ok.ru