İŞİD terror qruplaşmasının lideri ABŞ-ı hədələdi

İŞİD terror qruplaşmasının lideri ABŞ-a meydan oxudu və hədələdi.  
İŞİD terror qruplaşmasının lideri Əbubəkr Bağdadı ABŞ təyyarələrinin hücumundan sonra Twitter-də səsli mesaj yayımlayıb. 
Maide.az-ın Türkiyə mediasına istinadən məlumatına görə,  səs yazısında  Bağdadi ABŞ-a meydan oxuyub və bu sözləri deyib: “Bu mesajım xristianların xaç daşıyıcısı olan Amerikayadır.  Məni dinləyin. Sizin tərəfinizdən İraq və Suriyada vuruşanlar heç bir uğur qazanmayacaq. Çox yaxında özünüzü “İslam oğullarının” qarşısında görəcəksiz. Onlar sizinlə vuruşmaq üçün çox yaxşı hazırlanıblar.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatları (ABŞ)  ordusu ötən gün İraqda İraq Şam İslam Dövləti (İŞİD)  terror qruplaşmasının mövqelərinə aviazərbələr endirib. Qeyd edək ki, Amerika Birləşmiş Ştatları (ABŞ)  ordusu ötən gün İraqda İraq Şam İslam Dövləti (İŞİD)  terror qruplaşmasının mövqelərinə aviazərbələr endirib. / 
 

Google+ WhatsApp ok.ru