İŞİD terror qruplaşması Səddam Hüseynin tunellərindən istifadə edir

İŞİD terror qruplaşmasının üzvləri İraqda müharibə meydanınıgenişləndirmək istəyir. İŞİD terrorçuları İraqlı kürd pişmərgə qüvvələri  ilə döyüşmək üçün öz qüvvələrini Bağdad şəhərinin 122 kilometrliyində yerləşən “Qara Təpə” qəsəbəsi yaxınlığında toplayır. Bunu İraqın təhlükəsizlik qüvvələrindən adının açıqlanmasını istəməyən mənbə deyib. 
Maide.az-ın İraq KİV-lərinə istinadən məlumatına əsasən,  İŞİD terror qruplaşmasının üzvləri 90-cı illərdə Səddam Hüseyn rejimi tərəfindən qazılmış tunlelərdən istifadə edərlər. Onlar öz silah-sursat və qüvvələrini İraqın Qərb bölgəsindəki mövqelərdən bu ölkənin cənub şəhərlərinə və Bağdada yaxın bölgələrə bu tunellər vasitəsi ilə daşıyırlar. 
Məlumatda bildirilir ki, İraqın şimal bölgəsində İŞİD terror qruplaşmasının qarşısı İraqlı kürd pişmərgə qüvvələri tərəfindən alındıqdan sonra, terrorçular indi Bağdadın şimal bölgəsinə hücumlar etməklə öz qüvvələrini ruhlandırmağa çalışır. 
Qeyd edək ki, Qara Təpə qəsəbəsi İraqın Diyali əyalətində yerləşir. Bu şəhərin əhalisinin əksəriyyəti şiə Türkmənlərdir. Qəsəbədə şiələrlə yanaşı sünni kürdlərdə yaşayır./
 

Google+ WhatsApp ok.ru