İŞİD terror təşkilatı Livan xalqının Hizbullaha dəstəyini kəsmək üçün hiylə işlədir

İŞİD terror təşkilatı əlində tutduğu Livanlı əsirlər üzərindən Hizbullaha qarşı şeytani planlar hazırlayır.
 
Aylardır əsir vəziyyətində olan Livanlı əsgərlərin tayfaları bu vəziyyətə reaksiya verir.
 
Tayfaların səyləri nəticəsində bölgənin hörmətli adamlarından olan Şeyx Vəsam Əl-Misri İŞİD-in əsirlər mövzusunda məsul şəxsi ilə görüşüb.
 
Maide.az xəbər verir ki, görüşlərdən qayıdanda tayfalara açıqlamalar verən Əl-Misri, "Lazımi insanlarla görüşdük. Məsul şəxslər çox qəzəbli idi. Mənə müharibələrinin Livan ordusu və ya Livan xalqı ilə deyil, yalnız Hizbullah ilə olduğunu dedilər. Livanlı əsgərlərin azad edilməsi üçün Hizbullahın Vadi əl-Həmid zonasından Cərd Əl-Təfil bölgəsinə qədər olan yerlərdən çıxarılmasını istəyirlər. Danışıqlar davam etdiyi müddətdə İŞİD heç bir əsgərə zərər verməyəcək və heç birini öldürməyəcək. Ancaq danışıqların mənfi istiqamətdə irəliləməsi ilə birlikdə əsgərlər öldürüləcək", - deyib.
 
Buna qarşılıq olaraq əsir əsgərlərin tayfaları birgə bəyanat verərək, "Övladlarımızın azad edilməsi üçün bizə kömək edən tərəfləri dəstəkləyirik. Ancaq bu istəkləri qəbul etməyimiz üçün İŞİD rəsmi bir bəyannamə verməlidir. Danışıqlarda məsul şəxsin göstərilməsi lazımdır" cavabını veriblər.
 
Bölgə mütəxəssisləri İŞİD-in belə bir təkliflər çıxış edərək tayfaları Hizbullaha qarşı hərəkətə gətirməyə çalışdığını bildirirlər.

Google+ WhatsApp ok.ru