İŞİD terrorçuları 20 sünnünü asdı

ABŞ ikinci dəfə İŞİD hədəflərini vurub. Ərbil yaxınlığındakı 2 ayrı hücumda 7 maşından ibarət İŞİD konvoyu hədəf alınıb. ABŞ hücumlarından birində pilotsuz hava texnikasından istifadə edilib və havadan müdafiə topları vurulub. Digər hücumda isə qırıcılarla İŞİD konvoyu hədəf alınııb.
 
Maide.az-ın məlumatına görə, İraqın Mosul və bəzi yaşayış məntəqələrini ələ keçirib, hücumlarını davam etdirən İŞİD-ə qarşı ABŞ-ın başlatdığı hava əməliyyatında 2 yüksək çinli komandiri öldürülüb.
 
Bildirilir ki, Mosul yaxınlığında yerləşən Giyera bölgəsində öldürülən İŞİD komandirləri Akel Seyfəddin ilə Ömər Abdulbasitdir. 
 
Peşmərgələr bildiriblər ki, bombardmandan sonra ərazidə 30 İŞİD terrorçusunun cəsədini aşkarlayıblar. 
 
Bundan əlavə bildirilir ki, İŞİD terrorçuları Başika və Hazır bölgəsində çoxlu sayda sünni ərəb kişisini edam edib. Bildirilir ki, hazırda sadəcə bir kənddə 20-dən artıq kişin edam edilmiş cəsədi aşkarlanıb. 
 
Mahmur mahalı yaxınlığında baş verən qarşıdurmada isə kürd mediası üçün işləyən jurnalist Dəniz Fırat aldığı qəlpə yaralarından dünyasını dəyişib.

Google+ WhatsApp ok.ru