İŞİD terrorçuları Türkiyəyə girdilər

İŞİD terror təşkilatının yaraqlıları Suriyanın Kobani şəhərindən Türkiyə ərazisinə keçiblər. Maide.az-ın məlumatına göre, bu barədə Türkiyə mediası yazıb. Həmçinin bildirilir ki, bu, terrorçyuların sərhədi açıq şəkildə keçdiyi ilk hal deyil. 
 
Məlumatda deyilir ki, Kobani ətrafındakı İŞİD mühasirəsi davam edərkən koalisiya güclərinin hava əməliyyatları aparması terrorçulara qarşı vuruşan kürdlərin işinə yarayıb. KÜrdlər dünən İŞİD-ə qarşı üç tərəfdən hücum başladıb. Türkiyə torpaqlarındakı minalı bölgəyə girən bir vətəndaşı almaq üçün iki İŞİD terrorçusu dəmiryolunu keçərək Türkiyə torpaqlarına girib. Onlar vətəndaşı yanlarına gəlməsi üçün uzun müddət dilə tutublar. Ancaq həmin şəxs razısalmayıb. Həmin vaxt "Şərq 1" sərhəd qülləsindəki əsgərlər İŞİD-ciləri təqib ediblər. Zirehli maşınlar İŞİD-ə yaxın bölgələrdə patrul keşiyi çəkib. İŞİD-çilərin vətəndaşla söhbəti əsnasında isə kürdlər terrorçuları zenit atəşinə tutublar. Bundan sonra İŞİD-çilər ərazidən uzaqlaşıblar.

Google+ WhatsApp ok.ru