İŞİD terroruna qarşı rus `Su-25`ləri İraq səmalarında - VIDEO 02 İyul 2014 01:00 Hərb Maidə.az-ın məlumatına görə, Bağdad səmalarında Rusiyanın Su-25-nin görüntüsü olan video sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, Rusiya İŞİD terroru ilə mübarizə üçün İraqa bu qırıcıları satıb. Yerli KİV-lər bildirirlər ki, 3 Su-25 İraqın paytaxtı üzərində dövrə vurublar, həmçinin aviabazadan qərbə doğru hərəkət ediblər. Mənbənin sözlərinə görə, uçuşlar Rusiyalı mütəxəssislərin nəzarəti altında həyata keçirilib. Belə uçuşlar gözlənilən döyüş missiyaları üçün təyyarələrin, həmçinin pilotların hazırlığını yoxlamaq üçündür. Yeri gəlmişkən qeyd edək ki, Rusiyanın növbəti Mi-35M və Mi-28N hücum helikopterləri An-124 «Ruslan» nəqliyyat təyyarələri ilə İraqa çatdırılıb. Yeni partiyada 4 Mi-35M və 3 Mi-28N helikopteri var. Gecə görmə aparatları ilə təchiz olunan helikopterlər tam döyüş konfiqurasiyasındadır. Maidə.az olaraq Su-25 qırıcılarının Bağdad səmalarında görüntülərini sizlərə təqdim edirik Teqlər : #İŞİD terroruna qarşı rus `Su25`ləri İraq səmalarında VIDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Milli Qəhrəmanın statusu: vətəndaşlığın fərqi yoxdur Müdafiə Nazirliyində nizamnamədən kənar hadisələr təhlil edilib
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'