İŞİD Türkiyəyə top atdı

İŞİD terror qruplaşmasının Suriydan minaatanla açdığı atəş Türkiyənin Şanlıurfa vilayətində yaşayış evlərindən birinə dəyərək dağıntıya və sakinlərin yaralanmasına səbəb olub.
 
Hadisə vilayətin Suruc rayonunun Kobani (Suriya) ilə həmsərhəd Alanyurt məhəlləsində baş verib. 
 
Top mərmisinin dəydiyi evdə dağıntı medana gəlib və 3 nəfər ev sakini aldıqları xəsarətlərlə xəstəxanaya çatdırılıblar. 
 
Hadisədən sonra məhəllə sakinləri evlərini tərk edərək Tavşanlı məhəlləsindəki qohumlarının evlərinə sığınıblar. Ətrafda təhlükəsizlik tədbirlərini çoxaldan jandarm qüvvələri isə sakinlərin məhəlləni təxliyyə etmələri üçün kürdcə anonslar səsləndiriblər. 
 
Bundan başqa daha 2 top mərmisi Suruc rayonunda boş ərazilərə düşərək partlayıb. Bu zaman dağıntı və xəsarət alan olmayıb. 
 
Məlumata görə, Türkiyə Silahlı Qüvvələri (TSK) bütün atəşlərə artilleriya atəşi ilə cavab verib. 

Google+ WhatsApp ok.ru