DUA

DUA

Dua - insanın Allahla rabitəsi və ona arxalanmasıdır. İnsan qüdrətin, qələbənin zirvəsində olduqda da duaya möhtacdır, Allahla danışmalı və Allahdan istəməlidir. Quran bizim Peyğəmbərimizə (s) belə əmr edir: “Allahın yardımı və qələbə çatdıqda”, yəni Allahın köməyi çatdıqda və qələbə nəsib olduqda, “və insanların dəstə-dəstə Allahın dininə daxil olduğunu gördükdə”, yəni xalqın dəstə-dəstə, qrup-qrup İslama daxil olduğunu gördükdə “Rəbbini həmdlə təqdis et və ondan bağışlanmaq istə!”

Google+ WhatsApp