Dubayda fövqəladə hallar zamanı polis istənilən sakinin dəqiq yerini öyrənə biləcək

Dubayda fövqəladə hallar zamanı polis istənilən sakinin dəqiq yerini öyrənə biləcək

Dubay polisi artıq Emergency Location Service (ELS) adlanan yeni sistem vasitəsilə əmirlik sakinlərinin dəqiq yerini təyin edə biləcək.
 
Maide.Az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Xidmət GPS əsasında işləyir.
 
Sistem BƏƏ Telekommunikasiya Tənzimləmə Təşkilatı (TRA), Google və Apple ilə ortaq olaraq istifadəyə verilib. Sistemin tətbiqindən əsas məqsəd fövqəlada hallar zamanı operativ reaksiya verməkdir.
 
Dubay Polis İdarəsinin rəisi general-mayor Abdullah Xəlifə Əl-Merrinin sözlərinə görə, hər hansı bir şəxs təcili yardım xidmətlərinə telefonla zəng etdikdən sonra onun smartfonundan polisə yerləşdiyi dəqiq yerini bildirən pulsuz mətn mesajı göndəriləcək.
 
Əvvəlki sistem Etisalat operatorunun ən yaxın qülləsinin yerləşməsindən asılı idi, bu da abunəçinin yerini tez müəyyənləşdirməyi əngəlləyirdi. Səlahiyyətlilər qeyd edir ki, sistem abunəçilərin yeri barədə məlumatları saxlamır. Polis zəngə baxan kimi bütün məlumatlar silinir.
 
Dubay polisinin rabitə və texnologiya üzrə baş direktorunun müavini qeyd edib ki, sistem yalnız Android 4 əməliyyat sistemi və daha yuxarı olan smartfonlarda, həmçinin iOS 13 və daha yuxarı olan hər bir iPhone-da mövcuddur. Xidmət qeydiyyat və ya əlavə tətbiqin quraşdırılması tələb etmir.

Google+ WhatsApp ok.ru