Dubayda keçirilən Quran yarışlarında 13 yaşlı uşaq birinci oldu

Dubayda keçirilən Quran yarışlarında 13 yaşlı uşaq birinci oldu

Dubayda 21-ci Beynəlxalq Quran Yarışının qalibi müəyyənləşib. 
 
Maide.Az xəbər verir ki, beynəlxalq Quran yarışının qalibi Banqladeşdən olan 13 yaşlı Məhəmməd Təriqul-İslam olub. 
 
Bu yarış Qurani-Kərimin bütövlükdə hifzi bölümündə keçirilirdi. 
 
Yarışda 96 ölkədən Quran hafizi iştirak ediridi.  
 
Dubay Beynəlxalq Quran Yarışı Ramazan ayının əvvəlindən 20-dək davam edib. 
 
İkinci yerə Amerikadan Həzib Siddiqi, üçüncü yerə Səudiyyə Ərəbistanı və Tunisdən Quran qariləri müştərək qazanıb.  
 
Bu ilki Quran yarışlarında 103 Quran hafizi iştirak edirdi.
 
Qeyd edək ki, bu dəfəki yarış siyasi qalmaqalla da yadda qalıb. Belə ki, Səudiyyə Ərəbistanı və Qətər arasında yaranmış gərginlikdən sonra BƏƏ, Sudan və Qətər Quran hafizi iştirakçılarını yarışdan uzaqlaşdırıb./

Google+ WhatsApp ok.ru