Dubaydan Qəbələyə birbaşa aviareys açılır

Dubaydan Qəbələyə birbaşa aviareys açılır

"FlyDubai" Dubay-Qəbələ birbaşa aviareysi üzrə mövsümi uçuşlar yerinə yetirməyə hazırlaşır. Aviareyslər cari ilin iyunun 22-dən sentyabrın 17-dək yerinə yetiriləcək.
 
Şirkət Dubaydan Qəbələyə birbaşa uçuşlar həyata keçirəcək ilk şirkət olacaq. Aviareyslər həftədə 2 dəfə (cümə axşamı və şənbə) yerinə yetiriləcək.
 
"Biz viza rejimini sadələşdirdiyi üçün Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk. Bunun hesabına ölkələrimiz arasında səyahət daha əlçatan olacaq", - deyə aviaşirkətin baş icraçı direktoru Qeyt əl-Qeyt bildirib.
 
Şirkətin BƏƏ, Yaxın Şərq, MDB və Avropada kommersiya əməliyyatları üzrə böyük vitse-prezidenti Ceyhun Əfəndi isə bildirib ki, Dubay-Qəbələ aviareysinə tələbatın yüksək olması gözlənilir. (apa) /

Google+ WhatsApp ok.ru