Dubay Polis rəisinin müavini: `Sədanı yerlə-yeksan edin`

Təxminən 50 Birləşmiş Ərəb Əmirliyi və Bəhreyn əsgərinin Yəmənli partizanlar tərəfindən öldürülməsindən sonra Twitter hesabından açıqlama verən Dubay Polis rəsinin müavini Dahi Halfan Yəməndə soyqırım çağırışı edib.
 
Maide.az xəbər verir ki, "Sədanı yerlə-yeksan edin" deyən Halfan bütün Ənsarullah güclərini yox edəcəklərini söyləyib.
 
"3 min Husinin başını istəyirik" - deyə yazan Halfan, harada Husi varsa, oraların yerlə-yeksan edilməsini, torpağın onların qanı ilə rənglənməsini və daşın daş üstündə qoylmamasını istəyib.

Google+ WhatsApp ok.ru