İŞİD və Boko-Haramı birləşdirən oxşar dəyərlər

İŞİD və Boko-Haram terror dəstələrinin cinayətləri bu iki dəstənin oxşar ideya, məqsəd və strategiyaya malik olduğunu göstərir. 
Sentyabr ayının 2-sində Boko Haram Nigeriyanın Bama şəhərinə hücum çəkərək dinc sakinlərinin amansız qətlinə başlayıb. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. 
İŞİD-in işğal etdiyi ərazilərdə xilafət qurduğunu elan etməsindən 2 ay sonra, avqust ayının 24 Boko-Haram da Nigeriyanın şimal-şərq hissəsində, işğal etdiyi ərazilərdə xilafət qurduğunu elan etdi. 
2009-cu ildə də Boko-Haram Əbu-Bəkr Şekaunun rəhbərliyi ilə ölkəyə hücum çəkərək bir neçə min günahsız insanı qətlə yetirmişdi və bu terror dəstəsi Nigeriya üçün ən böyük təhlükə sayılır. 
Londonun “Al-Arab” qəzetinin məlumatına görə, Boko-Haram qətliam törədərkən onların dini mənsubiyyətinə fikir vermir və istər müsəlman, istərsə də xristian olsun, hər kəsi gülləbaran edir. Onlar özlərini müsəlman adlandırmasına baxmayaraq, qətlə yetirdiklərinin əksəriyyətini müsəlmanlar təşkil edir və eyni ilə İŞİD kimi məscid və qəbirləri dağıdır. 
Həmin qəzetin məlumatına görə, İŞİD ilə Boko Haramın ortaq maraqları var. Daha dəqiq desək, bunlar dünyaya hakim olmaq istəyirlər. Yerli əhalinin amansızcasına qətlə yetirilməsi və onların radikal idealogiyası buna bariz nümunədir. 
 
“Boko Haram”-ın yaranması
 
Nigeriyada sələfi məzhəbinin yaranması ötən əsrin 70-ci illərinə təsadüf edir. O zaman vəhhabilər özlərini “Azəlu al-bidə və iqamə as-sunna” (bidətin aradan getməsi və Peyğəmbərin sünnəsinin bərpası) adlandırırdı. Bu dəstənin ilk məqsədi İsmayil İdrisin rəhbərliyi altında sufilərlə mübarizə idi. 
1995-ci ildə Mayduguri şəhərində Əbu-Bəkr Lavan “Peyğəmbərin təlimlərinin ardıcılları” dəstəsini yaradıb. 2002-ci ilə qədər Muhamməd Yusef terrorçulara başçılıq etməzdən öncə bu dəstə yalnız təbliğat işləri ilə məşğul olub. 
Sonradan bu qruplaşma bir neçə dəfə adını dəyişib. Nəticədə, özlərinə “Boko Haram” (Qərb təhsili haramdır) adını seçdilər. 
Cari ilin əvvəllərində Boko Haram 300-ə yaxın məktəbli qızı oğurlayaraq, bundan sonra ümumiyyətlə qızların təhsil almasının haram olduğunu elan edib. Terror qruplaşması bildirir ki, qızların oxumaqdansa ərə getməyi daha məqsədə uyğundur. 
 
Boko-Haramın terror hücumları
 
Vəhşilikdə Boko-Haram heç də İŞİD-dən geri qalmır. İordaniyanın “Natur” Araşdırma Mərkəzinin məlumatına görə, son 2 ayda bu qruplaşma 140 nəfəri öldürüb. 
 
Boko-Haramın güclənməsinə səbəb olan amillər
 
İlk növbədə işsizlik, rüşvət, yoxsulluq və əhalinin əksəriyyətinin dövlətdən narazı olması bu dəstənin günü-gündən güclənməsinə səbəb olur. 
“Natura” Araşdırma Mərkəzinin məlumatına görə, Nigeriyada neft gəliri müəyyən dairənin əlində olduğu üçün xalqın böyük əksəriyyəti yoxsulluq içindədir. Həmçinin iqtidarın məktəblərdə hicabı qadağa etməsi, eləcə də əhalinin 40%-dən çoxunun xristianlardan ibarət olması Boko-Haramın tərəfdarlarının artmasına səbəb olub. 
 
Boko-Haram ilə İŞİD arasındakı oxşarlıq
 
Bu iki terror dəstə tərəfindən dinc sakinlərin amansızcasına öldürməsi onların ortaq maraqlarının olduğunu göstərir.
Avqust ayının 22-də ABŞ-nin Cemstoun fondunun mütəxəssisi Jakob Zan Yəmənın “yemeneconomist.com” saytının müxbirinə bildirib ki, İŞİD və Boko-Haramın oxşarlıq cəhətləri çoxdur. Onun sözlərinə görə, hər iki dəstə minlərlə insanı xüsusi soyuqqanlılqa qətlə yetirib. 
“Natur” Araşdırma Mərkəzinin analitiki Kərim Səid öz məqaləsində yazır ki, Boko-Haramın başçısı İŞİD-in cinayətini dəstəkləyir. Həmçinin o, İŞİD-in başçısı Əbu-Bəkr əl-Bağdadiyə müraciət edərək bildirib ki, “qardaşlar, Allah sizin köməyiniz olsun”. 
Bundan əlavə, hər iki terror qruplaşması tərəfindən şiə və sünnilərin, o cümlədən qeyri-müsəlmanların kütləvi şəkildə öldürülməsinə dair sübutlar mövcuddur. 
Bu faktları nəzərə alaraq belə bir təəssürat yaranır ki, Boko-Haram və İŞİD məqsədli şəkildə həqiqi İslamı nüfuzdan salmaq üçün yaradılıb. Nəhayət ki, biz bu iki qruplaşmanın olduqca böyük təhlükə saçdığını anlamalıyıq.

Google+ WhatsApp ok.ru