Dövlət Sərhəd Xidməti irimiqyaslı təlimlərə başlayıb 19 May 2015 01:00 Hərb 2015-ci ilin döyüş hazırlığı proqramına uyğun olaraq “Azərbaycan Respublikasının dövlət sərhədini pozmuş düşmən qoşun qruplarının və terror-təxribat dəstələrinin zərərsizləşdirilməsi” mövzusunda Dövlət Sərhəd Xidmətinin (DSX) çevik hərəkət bölmələri və aviasiya qüvvələrinin iştirakı ilə “Ağgöl” səhra təlim mərkəzində taktiki təlimlərə başlanılıb. DSX Mətbuat Mərkəzindən Maide.az-a verilən məlumata görə, təlimlərdə helikopterlər tərəfindən idarə olunan və idarə olunmayan raketlərdən atışlar keçirməklə döyüş tapşırıqlarının icrası, düşmənin hava hədəflərinin daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilməsi və zirehli texnikaların döyüş şəraitində tətbiqi nəzərdə tutulur. Təlimlərin məqsədi DSX-nin çevik hərəkət bölmələri və aviasiya qüvvələri arasında əlaqələndirməni inkişaf etdirməklə yüksək qarşılıqlı fəaliyyətə nail olunması, bölmələrin idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin məşq etdirilməsi, şəxsi heyətə Vətənə məhəbbət, silaha inam, döyüş zamanı dözümlülük, mətanətlilik və qorxmazlıq vərdişlərinin aşılanmasıdır. Təlimlər may ayının 21-dək davam edəcək. Teqlər : #Dövlət Sərhəd Xidməti irimiqyaslı təlimlərə başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Atəşkəs rejimini ümumilikdə 80 dəfə pozulub Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 60 dəfə pozub
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'