Dövlət Departamenti Fuad Qəhrəmanlınin həbsindən narahatdir

ABŞ Dövlət Departamenti AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsinden narahatdir ve bunu ifadə azadlığının pozulması kimi qiymətləndirib. Dövlət Departamentinin nümayəndəsi “Turan”ın Vaşinqton müxbirinə açıqlamasında bu barədə danışaraq bildirib ki, Fuad Qəhrəmanlının şübhəli həbsinin səbəbi onun ifadə azadlığı hüququndan yararlanması ilə əlaqədardır.
 
Departamentin təmsilçisi qeyd edib ki, Birləşmiş Ştatlar bir daha Azərbaycan hökumətini öz vətəndaşlarının hüquq və azadlıqlardan istifadə etməsinə imkan yaratmağa çağırır: “Biz Azərbaycan hökumətini öz vətəndaşlarının əsas hüquq və azadlıqlarını müdafiə etməyə çağırırıq. Stabillik və təhlükəsizlik vətəndaşların hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Biz hakimiyyəti öz hüquq və azadlıqlarını reallaşdırdığına görə həbs olunmuş bütün şəxsləri azadlığa buraxmağa çağırırıq”. /

Google+ WhatsApp ok.ru