Dövlət Bağçalı `Türkiyə-Səudiyyə ittifaqı`nı sərt tənqid etdi

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Suriyaya qarşı quru əməliyyatı ehtimalı ilə bağlı "Türkiyə Səudiyyə Ərəbistanı ittifaqı"nı sərt tənqid edib: "Səudiyyə Ərəbistanıyla yanaşı addım atılırsa, nəticə çox pisdir və gözləniləndən daha çox faciəvi hadisələrə qapı aça biləcək".
 
Deyerler.org Hurriyet-ə istinadən xəbər verir ki, MHP sədri Dövlət Bağçalı gündəmlə bağlı dəyərləndirmələrinin qeyd olunduğu yazılı bəyənat verib.
 
MHP sədri Diyarbəkir və Şırnakda terrorizmlə mübarizə çərçivəsində aparılan əməliyyatlara dair belə bir açıqlama verib: "AKP hökumətinin xarici siyasətdəki tarixi büdrəmələri və səhvləri qonşu ərazilərdəki gərginlik və münaqişələri Türkiyəyə siraәt edib. Təxminən iki ay ərzində, xüsusilə Cizrə, Sur və Silopidə müşahidə olunub və şəhərdə gedən döyüşlərin qanlı mənzərələrinin başqa cür izahı da ola bilməz. AKP-nin bəsirətsizliyi, prinsipsizliyi, fikri dağınıqlığı, eləcə də milli siyasət və strategiyalardan qəsdən imtinası ölkəmizi Yaxın Şərq bünövrəsində layihələndirilən fəlakət qurşağına yerləşdirmişdir".
 
Dövlət Bağçalı AKP-nin yanlış Suriya siyasətinin Yaxın Şərqdəki qeyri-müəyyənliyə dəstək verdiyini bildirib. "AKP-nin şüursuz, nəzarətsiz, marjinal və qeyri milli siyasəti qonşu ölkələrdən qeyri-sabitlik idxalından başqa bir işə yaramayıb", - deyə o bildirib.
 
MHP sədri bəyənatında ABŞ-ın PYD açıqlamasını tənqid edib: "Dünənə qədər PYD ilə aşkar əlaqə quran, bu terror təşkilatının sözdə liderini İstanbul və Ankarada qarşılayan, hətta Peşmərgəyə ölkə ərazisindən dəhliz açıb Ayn əl-Ərəbə keçidini təmin edən AKP-nın hazırda PYD-yə sahib çıxan ABŞ-ı məzəmmət etməsi əlbəttə ki, inandırıcı deyil. İstər Ərdoğan, istərsə də Davudoğlu əkdiklərini biçir. ABŞ-ın PYD-YPG terroruna verdiyi dəstək, açmaq istədiyi çirkli dəhliz şübhəsiz ki, nə müttəfiqlik haqqı, nə də strateji tərəfdaşlıqla uyğun gəlməyəcəkdir. Amma dünənə qədər partiyamızın hər cür xəbərdarlıq və tənqidlərinə baxmayaraq PYD ilə görüşən, PKK ilə danışıqlar aparan, regional miqyasda fəaliyyət göstərən sələfi qruplarla əlaqə quran AKP hökuməti həm etdiklərinin əvəzini ödəyir, həm də millətimizə ödətdirir".
 
Dövlət Bağçalı açıqlamasında, hökumətin Səudiyyə Ərəbistanı ilə birlikdə keçirilməsi gündəmdə olan quru əməliyyatına dair fikirlərinə də yer verib: "Elə bir səviyyəyə çatmışdır ki, Səudiyyə Ərəbistanının rəhbərlik edəcəyi və Türkiyənin də dəstək verəcəyi üstüörtülü səslənən quru əməliyyatı daim gündəmdədir. Hətta Səudiyyə rəhbərliyinin hava bazalarımızda kəşfiyyat apararaq, ölkəmizə döyüş təyyarələri göndərəcəyi, lazım gələrsə əsgər də göndərəcəyi şəxsən XİN rəhbəri tərəfindən açıqlanmışdır. Xarici işlər nazirinin "quru əməliyyatı lazımdır" ifadəsi AKP-nin hansı düşüncədə olduğunu ifşa etmişdir. Əlbəttə, hökumət ölkə təhlükəsizliyini qorumaq, sərhədlərimizin kənarından gələn dəhşətli təhlükələrə qarşı effektli və çəkindirici tədbirlər görmək məcburiyyətindədir. Bu eyni zamanda millətimizin gözləntisidir. Ancaq qlobal layihələrin təmini və möhkəmləndirilməsi üçün hər hansı bir hərbi əməliyyatı planlaşdırır və bu məqsədlə Səudiyyə Ərəbistanıyla yanaşı addım atılırsa, nəticə çox pisdir və gözləniləndən daha çox faciəvi hadisələrə qapı aça biləcəkdir "
 
MHP sədri AKP hökumətinin Səudiyyə Ərəbistanı ilə qurduğu münasibətinin istiqaməti haqqında parlamentə dəthal məlumat verməli olduğunu bildirib: "Türkiyə xarici paytaxtlarda tənzimlənən zorakılıq və vəhşiliklərlə dolu ssenarilərin daşıyıcısı omamalıdır, əks təqdirdə sonu pis olacaq. Eləcə də Yaxın Şərqdəki məzhəb qütbləşməsi güclənərək bütün ölkələri oda ata bilər. Baş nazir ağlını başına yığmalıdır, Ərdoğanın xəyal və təsəvvürlərinə qarşı sayıqlıq göstərməsində sonsuz faydalar vardır. Regionumuzda müxtəlif ölkələrin iştirakı ilə baş verəcək istənilən bir müharibənin dəhşətli insan və torpaq itkisinə yol aça biləcəyi də unudulmamalıdır. AKP hökuməti Səudiyyə Ərəbistanıyla formalaşdırdığı və qurduğu münasibətinin istiqaməti və məğzi haqqında TBMM-nə dərhal məlumat verməlidir, hadisələr haqqında inandırıcı açıqlamalar və izahatlar verməlidir. Gazi Məclisinin məlumat və razılığı olmadan Türkiyənin "nə olursa olsun" deməklə quru əməliyyatına qoşulması bizə bir vətən itirəcəkdir..."/
 

Google+ WhatsApp ok.ru